“Əl-Kəfil” xəbər verir ki, bu seminar Kompleksə bağlı Bağdad Quran İnstitutu tərəfindən keçirilib. Tədbirdə çıxış edən Seyid Səccad əl-Əskəri Qurani-Kərimdə ilahi seçim qanunlarının məzmununu araşdırıb, onların lüğəvi və Qurani mənalarını izah edib.
O, çıxışında ilahi seçimin nümunələrinə toxunaraq, Həzrət Məryəmin (s.ə) yüksək mənəvi məqamı və ibadətləri səbəbilə Həzrət İsanın (ə) doğulması üçün pak bir məkan olaraq seçilməsindən bəhs edib.
Seminarda həmçinin Həzrət Fatimə Zəhranın (s.ə) nübüvvət və imamət arasında pak bir vasitə olması, imamların (ə) – o cümlədən İmam Məhdinin (ə.f) – onun övladlarından seçilməsi mövzusu müzakirə olunub. O, həmçinin Həzrət Zəhranın (s.ə) üzləşdiyi ədalətsizliklərə işarə edib.
Bu seminar, Əbəlfəz Abbas (ə) Məqbərəsinin Quran Elmləri Kompleksi tərəfindən müxtəlif İraq əyalətlərində Qurani mədəniyyəti yaymaq və Əhli-beytin (ə) məqamı haqqında maarifçiliyi gücləndirmək məqsədilə keçirilən seminar və proqramlar silsiləsinin bir hissəsidir.
4319447