Bu dəyərli əsər İranın tanınmış məddahları Hacı Hadi Kazimi və Kərbəlayi Mehdi Təvəkkülün təsirli ifası ilə hazırlanıb. Layihə Azərbaycan türkcəsində danışan auditoriyaya xüsusi diqqət yetirilməklə Azərbaycan Respublikası, Rusiya, Gürcüstan və Türkiyədə yaşayan Əhli-beyt (ə) aşiqlərinin istifadəsi üçün hazırlanaraq ərsəyə gətirilib.
Qeyd edək ki, bu videoklip “Bəyan Mişkat” Mədəniyyət və İncəsənət İnstitutunun istehsal etdiyi layihələr silsiləsinin 17-ci məhsuludur və yüksək keyfiyyətli texniki icrası, zəngin məzmunu ilə ictimaiyyətə təqdim edilib.
Layihənin prodüseri doktor Arif Abdullahi, bədii məsləhətçi və rejissoru isə mühəndis Raməndi olub. Onlar videoklipin istehsal prosesinin bütün mərhələlərinə nəzarət ediblər.
Maraqlananlar videoklipi “Bəyan Mişkat” Mədəniyyət və İncəsənət İnstitutunun rəsmi kanal və sosial media səhifələri vasitəsilə izləyə, bu mənəvi əsərin mesajı ilə Kərbəla karvanının amalına könüldən qoşula bilərlər.