IQNA

İranın İslam dövrü muzeyinə baxış

İran İslam Respublikasının milli muzeylərindən biri də "İslam Dövrü Muzeyi"dir. Üç mərtəbədən ibarət bu muzey "Qədim İran Muzeyi" kompleksinin tərkib hissəsidir.

"İslam Dövru Muzeyi"nin birinci və ikinci mərtəbəsi yeddi salondan ibarətdir. Birinci mərtəbədə Quran, Teymurilər, Səfəvilər və Qacarlar salonları yerləşir. İkinci mərtəbədə isə İslamın ilk əsrləri, Səlcuqilər və Elxanilər dövrü salonları yer alıb.

İranın İslam dövrü muzeyinin 170 vitrinində 1500 tarixi eksponant nümayiş edilir. Bu eksponantlar tarixi ardıcıllıqla düzülüb.