IQNA

Dünyada Həzrət İsanın (ə) doğum günü bayramı

Hər il olduğu kimi bu il də Dekabr ayının 25-də dünyanın müxtəlif ölkələrində yaşayan xristianların əksəriyyəti “milad bayramı” mərasimi keçiriblər. O cümlədən Rusiya, Fransa, Braziliya, Belarusiya, Şri-Lanka, Çin, Kipr, Fələstin, Avstraliya, Malaziya, Yaponiya, İspaniya, Britaniya, Çexislovakiya, İtaliya, Hindistan, İsveç, Litviya, Kenya, Banqladeş, Myanma, Belçika, Almaniya, Amerika, Cənubi Koreya, Finlandiya və digər ölkələrdə yaşayan xristianlar “milad bayramı”nın adət-ənənələrini yerinə yetiriblər.