IQNA

Video | Əlcəzairli Qarinin Peyğəmbərin (s) məqamı haqqında qiraəti

Vəhdət həftəsi günlərində, beynəlxalq Qarilər, "İQNA"-nın təşəbbüsü ilə keçirilən "Bədrud-Duca" adlı Quran layihəsində iştirak edərək, bu medianın Quransevər dinləyicilərinə Quran ayələrindən xoş qiraətlər təqdim ediblər.

İQNA-nın verdiyi xəbərə əsasən, bu videoda Əlcəzairli Qari Zəkəriyya Ətiyyə, Həzrət Peyğəmbərin (s) böyük məqamı haqqında Əhzab surəsinin 39-cu ayəsindən 48-ci ayəsinə qədər qiraət edib.

39- O Peyğəmbərlər ki, Allahın hökmlərini (onlara verdiyi risaləti) təbliğ edər, (risaləti tərk etməkdə) Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir.

40- Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!

41- Ey iman gətirənlər! Allahı çox zikr edin!

42- Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!)

43- Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər). Allah möminlərə rəhm edəndir!

44- (Möminlərin) Ona qovuşacaqları gün (Cənnətdə bir-birinə) xeyir-duaları (və ya Allahın onlara verəcəyi xeyir-dua) “salam”dır! (Allah) onlar üçün çox qiymətli (tükənməz, gözəl) mükafat hazırlamışdır.

45- Ya Peyğəmbər! Həqiqətən, Biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan olaraq göndərdik!

46- (Biz səni) Allahın izni ilə Ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!

47- Möminlərə Allah tərəfindən böyük bir mükafat (Cənnət) bəxş ediləcəyi ilə müjdə ver!

48- Kafirlərə və münafiqlərə itaət etmə. Onların (sənə olan) əziyyətlərinə əhəmiyyət vermə, Allaha bel bağla. Allahın sənə vəkil olması kifayət edər.

kod

4008564