İQNA-nın verdiyi xəbərə əsasən, müxtəlif ölkələrdə İslam mehvərli və İslam incəsənətinə diqqət yetirən muzeylərin mövcudluğu, bu ölkələrdə İslam incəsənətinin dəyərini və əhəmiyyətini göstərir. Lakin İslam Peyğəmbərinin (s) həyatına həsr olunmuş muzeylər nisbətən azdır. Bu sahə, İslam muzeylərinin yalnız kiçik bir hissəsini təşkil edir.
İordaniya, Məhəmməd Peyğəmbərin (s) adına muzey açan ölkələrdən biridir.
İordaniyanın paytaxtı Əmmanda, 2012-ci ildə Məhəmməd peyğəmbərin (s) muzeyi, kral 2-ci Abdullah tərəfindən açılıb. Burada, Peyğəmbərin bəzi əşyaları, o cümlədən o həzrətə nisbət verilən saqqal saçı və İslama dəvət edən Roma imperatoruna yazdığı məktub vardır.
Muzeydə Peyğəmbərin (s) İslamdan əvvəl, Suriyaya ticarət yolunda kölgəsində istirahət etdiyi ağacın fidanı da var.
İordaniya rəsmiləri, muzeyi daha məhsuldar etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Türkiyədən Peyğəmbərə (s) aid əsərləri toplamağa çalışırlar.
Bu muzey, xüsusi memarlığı ilə Ərəb-İslam sivilizasiyasının aspektlərini özündə əks etdirir. Onun divarlarında Qurani-Kərimin ayələri həkk olunub.