IQNA

Məscidül-Həram və Məscidün-Nəbidə (s) yağış namazı qılınıb

Bütün Səudiyyə Ərəbistanında, o cümlədən Məscidül-həramda və Peyğəmbər (s) məscidində yağış namazı qılınıb.

Məscidün-Nəbidə  yağış namazı İQNA, "Əl-bələd"-ə istinadən xəbər verir ki, bu gün (cümə axşamı) Məscidül-həramda və Məscidün-Nəbidə (s) yağış namazı qılınıb.

Bu namaz, Səudiyyə Ərəbistanı kralının dəvəti ilə bütün ölkədə qılınıb.

Səudiyyə Ərəbistanı Krallığının İdarəsi, iki gün əvvəl demişdi: Kral Salman ibn Əbdüləziz Ali Səud, Peyğəmbərin (s) yağış namazı qılmaq ənənəsinə sadiq qalaraq, ibadət edənləri noyabrın 4-ü bütün Səudiyyə Ərəbistanında yağış namazı qılmağa dəvət edir.

Həmçinin bu bəyaniyyədə qeyd olunmuşdu ki, hər kəs, tövbə edib bağışlanma diləməli və Uca Allaha tərəf dönməlidir. Onun bəndələrinə yaxşılıq etməlidirlər. Zəkat, namaz və zikr kimi nafilələri də çoxaltsınlar. Allahın bəndələrinin işini asanlaşdırıb və onların kədərini aradan qaldırsınlar. Ola bilsin ki, Allah bizi xilas etsin və istədiyimizi versin.

kod

4010669