Həzrət Məsumənin (s.ə) hərəmində Quranın tərtillə oxunma mərasimi başlayıb
Həzrət Fatimə Məsumənin (s.ə) hərəmində Qurani-Kərimin tərtillə tilavəti mərasimi müqəddəs Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) Şəbistanında zəvvarların və oruc tutanların iştirakı ilə başlayıb. Bu mərasim məşhur qarilərin iştirakı ilə mübarək ayın sonuna qədər davam edəcək.