Əl-Fəsx məscidi və Ühüd dağının yarığı; Ühüd döyüşündən iki yadigar
İQNA -Mədinədə Ühüd dağının şimal yamacında Ühüd döyüşünün taleyüklü anlarını xatırladan iki tarixi yer yan-yana dayanır; Məhəmməd peyğəmbərin (s) yaralandıqdan sonra sığındığı Ühüd dağının yarığı və döyüş bitdikdən sonra namaz qılındığı Əl-Fəsx məscidi. Bu tarixi məscid bu yaxınlarda təmir olunub və indi Ühüd dərəsi ilə yanaşı zəvvarların vacib ziyarət və mədəni məkanlarından birinə çevrilib.