IQNA

Yəmənin Came məscidinin qədim əlyazma Quran nüsxələri oğurlandı

9:08 - January 05, 2014
Xəbər sayı: 1350642
Beynəlxalq qrup: Yəmənin Daxili İşlər Nazirliyi bu ölkənin “İmran” əyalətinin “Qübbət ibn Hadi” adına Came məscidindən 100 ədəd qədim əlyazma Quran nüsxələrinin oğurlandığı barədə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Yəmən respublikasının “Səma” TV kanalının rəsmi saytına istinadən verdiyi xəbərə görə Yəmənin Daxili İşlər Nazirliyi keçən iki gün ərzində bu ölkənin “İmran” əyalətinin Səla şəhər “Qübbət ibn Hadi” adına Came məscidindən naməlum adamlar tərəfindən 100 ədəd qədim əlyazma Quran nüsxələrinin oğurlandığı barədə məlumat verib.  

Məlumatda bildirilir ki, əlyazma Quran nüsxələri qədim tarixə malik nadir nüsxələr olub və Səla şəhər Came məscidinin kitabxanasında qorunurmuş.  

Qeyd edək ki, Yəmən ən qədim əlyazma nüsxələrə malik bir ölkədir və son aylarda bu ölkədə “Sultan əl-Qəiti” muzeyindən də nadir əlyazma nüsxələr və tarixi əsərlər oğurlanmışdır.

Yəmən Daxili İşlər Nazirliyi bu barədə dövlət təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı tədqiqatlara başlanılmışdır.   

1350402

captcha