IQNA

Davud Kim: "Mən heç vaxt məscid tikməkdən əl çəkməyəcəyəm"

0:43 - April 26, 2024
Xəbər sayı: 3495837
İQNA – Cənubi Koreyalı müsəlman müğənni məscid tikintisində problemlərlə üzləşib.

"İQNA", "Əl-Yəvm" saytına istinadən xəbər verir ki, bir neçə il əvvəl İslamı qəbul edən Cənubi Koreyalı məşhur YouTuber Davud Kim ölkəsində məscid tikmək niyyətini açıqlayaraq böyük təsir bağışlayıb. Lakin bu məscidin büdcəsinin necə qarşılanacağı məsələsi indi mübahisələrə səbəb olub.

Mübahisə o, ölkədə məscid tikintisi layihəsi üçün Cənubi Koreyadan kənar müsəlmanlardan ianə toplamaqda ittiham edildikdən sonra yaranıb.

Davud Kimin 30 yaşı var və 2019-cu ildə İslamı qəbul edib. Koreyalı olmayan müsəlmanlar arasında populyarlıq qazandı.

Kim, Daequ şəhərində məscid tikintisi layihəsini maliyyələşdirdiyini və tərəfdarlarından ianə topladığını elan etdikdən sonra Cənubi Koreyanın rəsmi İslam qurumları ilə toqquşdu.

Daequ şəhərində məscid tikilməsi məsələsi şəhər sakinləri və rəsmilər arasında mübahisə doğuran məsələlərdən biridir. Çünki hesab edilir ki, Kim bu məsələdən istifadə edərək YouTube kanalında izləyicilərin diqqətini cəlb edir.

Bu iddialar Kimə qarşı tənqid dalğasına səbəb olub. Onlar onu məscid tikintisi adı altında şəxsi maraqları üçün vəsait toplamağa cəhd etməkdə ittiham edib və toplanan pulları necə istifadə etməsi ilə bağlı ardıcıllarından izahat tələb ediblər.

Cənubi Koreya İslam Birliyi İnstaqram səhifəsində rəsmi açıqlama yayıb və yazıb ki, İslam Birliyi ölkədə məscid tikmək və maliyyə yardımı toplamağa icazə verilən yeganə rəsmi İslam təşkilatıdır. Kimin buna qanuni səlahiyyətinin olmadığı bildirilib.

Bununla əlaqədar olaraq Kim özünümüdafiə və xeyriyyəçilik niyyətini ifadə edərək, məqsədinin yalnız Cənubi Koreyadakı müsəlman icmasına dəstək olmaq və onların dini həyatını asanlaşdırmaq olduğunu bildirib.

Lakin ianələrin necə toplanması və xərclənməsi ilə bağlı şəffaflıqla bağlı müzakirələr davam edir.

Kim Daequ məscidi ilə bağlı aldığı bütün pulları geri qaytardığını vurğulayıb.

O deyib ki, “Allah hər şeyi bilir. “Niyyətim Allaha xatir iş görməkdir. Koreyada məscid tikməkdən heç vaxt əl çəkməyəcəyəm”.

4212006

captcha