IQNA

İraqın əhli-sünnə müftisi İŞİD-ə qarşı mübarizəni vacib elan etdi

23:06 - September 12, 2014
Xəbər sayı: 1449154
Beynəlxalq qrup: Şeyx Mehdi Süməydəi - İraqın əhli-sünnə müftisi, İŞİD terrorist qruplaşmasına qarşı mübarizə və döyüş üçün könüllülər qoşununa qoşulmağı vacib əmr elan etdi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Busilə" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İraqın əhl-sünnə məzhəbinin müftisinə yaxın media və KİV-lərin yaydığı xəbərlərdə təkid olunur ki, Şeyx Mehdi Süməydəi - İraqın əhli-sünnə müftisi, fətva yayaraq bildirmişdir ki, İŞİD terrorist qruplaşmasına qarşı mübarizə və döyüş üçün könüllülər qoşununa qoşulmaq vacib əmrdir, həmçinin İŞİD-çilərə qarşı vurşmaq üçün "əhli-sünnədən himayə" silahlı qruplaşmasına qoşulmaq zəruridir.  



Şeyx Mehdi Süməydəi - İraqın əhl-sünnə məzhəbinin müftisi, vurğulayıb: Əhli-Sünnənin himayə edən qruplaşma və silahlı qüvvələr İraqın sünni əhalisini İŞİD-in cinayət və terrorlarından qorumaq və terrorçu İŞİD qruplaşmasına qarşı vuruşmaq üçün yaradılıb. Bu fətva ("əhli-sünnədən himayə" qüvvələrinə qoşulmağın vacibliyi) sünni vətəndaşların bu silahlı könüllülərə qoşulması üçün verilmişdir.



Bundan öncə də Ayətullah-Üzma Seyid Əli Sistani bu terrorist qruplaşmalar ilə vuruşmaq üçün İraq vətəndaşlarını birliyə və vəhdətə çağırmışdı.  



1448333



 

Teqlər: İraq ، İŞİd ، daeş ، əhlsünnə ، sistani ، müfti
captcha