IQNA

Hollandiyada Qərbi Avropanın ən böyük məscidinin açılışı olub

20:00 - December 19, 2010
Xəbər sayı: 2049942
Beynəlxalq şöbə: dekabrın 18-də Hollandiyada Qərbi Avropanın ən böyük məscidinin açılışı olub.
İQNA Quran agentliyinin “europel” saytına istinadən məlumatına əsasən, bu məscidin 50 metr hündürlükdə iki minarəsi var. Məscid üç mərtəbəlidir. Birinci mərtəbə kişilərin və ikinci mərtəbə qadınların namaz qılması üçün nəzərdə tutulub. Məscidini üçüncü mərtəbəsində isə islami dərslərin təşkili üçün siniflər və kitabxana yerləşir.
Məscidin tikilməsinə 2003-cü ildə Rotterdam şəhərində başlanılıb. Məscidin tamamlanması iki il öncəyə planlaşdırılsa da bəzi islama zidd partiyaların törətdiyi əngəllərə görə bu il istifadəyə verilib.
Məlumata əsasən, məsciddə üç min nəfər eyni anda namaz qıla bilər. 713614
captcha