IQNA

Kembricdə ilk islam şurasının açılışı

19:10 - June 27, 2011
Xəbər sayı: 2145385
Beynəlxalq şöbə: Kembric şəhərində ilk islam şurası tir ayının 3-ü bu şəhər rəsmilərinin və Britaniyanın müsəlman nümayəndələrinin iştirakı ilə açıldı.

İranın Quran xəbər agentliyi və «onislam» xəbər bürosunun məlumatına əsasən, Kembric şəhərində İslam şurasının yaradılmasında əsas məqsəd əhalisi daima artmaqda olan Kembric şəhərinin vilayətlərində islam millətinin əlaqələrinin genişləndirilməsi və onların birləşdirilməsidir.
Yeni Kembric müsəlman şurasının rəhbəri Tahir Kamran élan etdi: Bu vilayətlərdə müsəlmanların çoxu başqa ölkələrdən gəliblər və müxtəlif əqidələrə malikdirlər. Bu müsəlmanlar müxtəlif mədəniyyətlərdən yararlanmaqla yanaşı, bir-birləri ilə müxtəlif zəminlərdə müşavirələr aparırlar..
Kamran əlavə etdi: Kembric müsəlman şurası islam partiyalarını və təşkilatlarını himayə etmək niyyətindədir.
Britaniya müsəlmanları təqribən cəmiyyətin 2 milyon nəfərini təşkil edirlər. 815361
captcha