IQNA

Bruklin Universiteti müsəlmanlar arasında casusluq edilməsinə son qoyulmasını tələb edib

16:22 - September 22, 2011
Xəbər sayı: 2191911
Beynəlxalq şöbə: Bruklin Universitetinin müəllimləri Nyu York polisinin müsəlmanlar arasına casus yerləşdirərək casusluq etməsini pisləyərək N.Y. polis müdirindən bu hadisəyə son verilməsini tələb edblər.
İqna Quran Xəbər Agentliyi (İQNA): Huffington Post qəzetinin verdiyi məlumata görə, Bruklin Universitetinin müəllimləri, Bruklin polisinin CIA ilə əməkdaşlıq edərək müsəlman şagirdlər arasına casus yerləşdirməsini pisləyən bəyanat yayaraq bunun azad düşüncəni və müəllimlərin mədəni hüquqlarını təhdid edən bir cəhd olduğunu deyiblər.
Universitetin müəllimləri həmçinin, bu hadisənin on il bundan qabaq başlayaraq Nyu York polisinin CIA ilə əməkdaşlıqla məlumat toplama layihəsinin olduğunu və bunun qəti surətdə qəbuledilməz olduğunu bəyan etmişlər. Bəyanatda universitet mühitinə gizli polislər yerləşdirməyin azad düşüncənin ortadan qaldırılması və universitet cəmiyyətinin yox edilməsi anlamını verdiyi də qeyd edilir. 864767
captcha