IQNA

Rus dilli “Müslimanka” jurnalının baş redaktoru “Müsəlman qadınlarının nəşrləri” festivalında iştirak edəcək

22:21 - January 03, 2012
Xəbər sayı: 2250824
Mədəniyyət və incəsənət şöbəsi: Rus dilli “Müslimanka” jurnalının baş redaktoru Gülnar Camal “Müsəlman qadınlarının nəşrləri” festivalında iştirak etmək məqsədilə İrana yola düşəcək.
İran Quran Xəbər Agentliyi (İQNA): islam mədəni əlaqələr şöbəsinin məlumatına əsasən, Rusiyada yeganə müsəlman qadını jurnalı olan rus dilli “Müslimanka” jurnalının baş redaktoru Gülnar Camal Tehranda keçiriləcək ilk beynəlxalq “Müsəlman qadınlarının nəşrləri” adlı festivalda iştirak etmək məqsədilə İrana səfər edəcək.
Rusiya Federasiyasının müsəlman qadın jurnalı olan “Müslimanka” islam qurumları və “Rusiya müftiləri” şurasının həmkarlığı ilə nəşr olunur, indiyə kimi həmin jurnalın 12 sayı Rusiyada yaşayan müsəlman qadınlara təqdim olunub.
927488
captcha