İran Quran Xəbər Agentliyi (İQNA): “3news” xəbər bürosunun məlumatına əsasən, üç gün fəaliyyət göstərən bu qurultayda təxminən 4 milyon müsəlman iştirak edirdi. Namaz qılınandan sonra Qurani-Kərim qiraət edildi və alimlər islam təlimləri barədə çıxışlar etdilər.
Müsəlmanların böyük qurultayı 1966-cı ildən indiyə kimi hər il Banqladeşdə keçirilir. İslam təbliğat təşkilatının təşəbbüsü ilə xalqı islam dininə tərəf yönəltmək məqsədilə keçirilən bu qurultayda müxtəlif dillərdə-ərəb, banqal, ingilis, urdu, hind və s. dillərdə çıxışlar səsləndirildi və Quranın ruhlandırıcı ayələri tilavət olundu.
144 milyon nəfər müsəlman cəmiyyəti Banqladeşin 90%-ni təşkil edir. 936047