IQNA

Şiə alimləri təfəkküründə "qadının həyatdakı rolu" məsələsinin tarixi evolyusiyası

23:47 - April 23, 2013
Xəbər sayı: 2523267
Beynəlxalq qrup: Bu gün qadınların problem və məsələləri ilə maraqlanmaq toplumların inkişafı amili sayılır ki, bunun tarixi İslami toplumlarda qərbdən bir qədər az olaraq 150 ilə öncəyə qədərdir. Amma şiələr arasında qadınların müasir problem və məsələləri ilə maraqlanmaq İranın Məşrutə Hərəkatı vaxtlarına təsadüf edir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Höccətül-İslam vəl Müslimin Mehdi Mehrizi – Müasir dinşünaslıq və qadın məsələləri tədqiqatçısı, dünən aprel ayının 22-də Tehranın İmam Musa Sədr adına Tədqiqat və Mədəniyyət müəssisəsində keçirilən "İmam Musa Sədrin iş və təfəkküründə qadının yeri" adlı elmi toplantıda dedi: "Son 200 il ərzində insanların üzləşdiyi problemli mövzulardan biri də qadın məsələləridir.
"Məsələ" dedikdə fikr və gözün həqiqət barədə fasiləsidir. Bu ikinin ixtilaf etdiyi yerlərdən biri də qadın məsələsidir. Qadın bizim zehnimizdə kişiyə bərabər, aktiv, mütəfəkkir və sair bir mövcuddur. Amma bunu real həyatda başqa cür görürük, düşündüyümüz kimi deyil.
Qadın məsələsi haqqında ilk dəfə müsəlman aləmində Misr və Hindistanda kitab yazılıb.
Şiələr arasında isə ilk dəfə İranın Məşrutə inqilabı zamanı qız və oğlanların hər biri üçün ayrılıqda məktəb tikilməsi və qadınların ictimai həyata daxil olması ilə qadın məsələsinə müxtəlif yanaşmalar başlayır.
Bu zaman mərhum Ayətullah Müdərris qadınlara seçki hüququnun verilməsinə etiraz etmiş və bunu qeyri zəruri bilmişdi.
Şiə aləmində qadın məsələsində üç növ düşüncə tərzi olub: 1. Sünnəti (klassik) – qadının evdarlığı və kişi hakimiyyəti; 2. Qadın-kişinin yaradılış və zati bərabərliyi və qadının ictimai hüquq və fəaliyyəti icazə – (Əllamə Təbatəbai, Yəhya Nuri, Mürtəza Mütəhhəri, Dr. Əli Şəriəti); 3. Qadın və kişinin hüquqi, fiqhi və dini bərabərliyi, qadının şəriət qanunlarına riayət edərək səhnədə olmağının ictimaiyyətin inkişafı üçün zəruriliyi.
1217045
captcha