IQNA

Abdullah bin Sə`d bin Əbi Sərh kimdir?

10:05 - February 24, 2015
Xəbər sayı: 2889311
Quran üzrə fəaliyətlər qrupu: "... Həzrət Məhəmməd (s) Məkkənin fəthi zamanı göstəriş verir ki, Mədinədə "Vəhy katibi" sayılan Abdullah bin Sə`d bin Əbi Sərh öldürülsün. Çünki bu şəxs bəzən ayələrinin axırını Peyğəmbərin (s) icazəsi olmadan dəyişirdi. Peyğəmbər (s) isə bunu bildikdə guya onunla razılaşırdi...".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Quran barədə internetdə yayılan şübhələrdən biri də vəhy katiblərindən birinin Quranı təhrif edərək yazması barədədir.



Belə ki, "... Həzrət Məhəmməd (s) Məkkənin fəthi zamanı göstəriş verir ki, Mədinədə "Vəhy katibi" sayılan Abdullah bin Sə`d bin Əbi Sərh öldürülsün. Çünki bu şəxs bəzən ayələrinin axırını Peyğəmbərin (s) icazəsi olmadan dəyişirdi. Peyğəmbər (s) isə bunu bildikdə guya onunla razılaşırdı. O isə özlüyündə fikirləşdi ki, Vəhyi də dəyişmək olarmı, bu necə vəhydir ki, adi insan bunu dəyişir və özü peyğəmbər adlandıran şəxs də bununla razılaşır. Buna görə də müsəlmanlıqdan çıxaraq yenidən müşrik oldu. Sonra isə Məkkəyə qaçdı. Məkkənin fəthi zamanı barəsində ölüm hökmü çıxarıldığı zaman sonralar üçüncü xəlifə olan Osman bin Əffanın vasitəçiliyi ilə azad olundu. Osman öz xilafəti zamanı Misr valiliyini Abdullah bin Sə`d bin Sərhə verdi..." görəsən bu deyilənlər həqiqətən tarixdə baş vermişdirmi? Əgər baş veribsə, əsl macəra necə olub?



Bir qrup İslam araşdırmaçılarının dediklərinə görə Abdullah bin Sə`d bin Əbi Sərh Məkkədə ilk dəfə vəhyi yazanlardan olub ki, sonralar Mədinədə mürtəd olmuş, İslamdan çıxmış və Məkkənin fəthində yenidən İslama qayıtmışdır.



Bəzi rəvayətlərə görə isə Abdullah bin Sə`d Mədinəyə hicrət etdikdən sonra İslamı qəbul etmiş, gözəl xətti olduğu üçün Peyğəmbər (s) ona da vəhyi yazmağa icazə vermişdi.



Əslində isə...



Abdullah bin Sə`d bin Əbi Sərh və Müaviyə bin Əbu Süfyan İslam dinini zahirdə qəbul etmiş münafiqlərdən idilər ki, Peyğəmbər (s) onların münafiqliyini bilsə də, onların zahiri İslamını qəbul etmiş və vəhy katiblərindən etmişdi. Çünki o zaman müşriklər deyirdilər ki, Peyğəmbər (s) Quranı özü yazır, vəhy nazil olmur. Peyğəmbər (s) özü onların müsəlmanlar arasına sızmış cəsuslarını ifşa etmirdi ki, onlar öz kor gözləri ilə görsünlər ki, Peyğəmbər (s) özü heç bir şey yazmır, Vəhy Allah tərəfindən xüsusi ülub ilə nazil olur və katiblər yazırlar.



Abdullah bin Sə`d bin Əbi Sərhin Quranı təhrif etməsi doğrudurmu?



Abdullah bin Sə`d nazil olan ayələrinin axırını dəyişərək yazırdı – (əlbəttə bu bir-iki dəfədən atrıq baş verməyib, tez ifaş olunub). Məsələn "əzizən həkimən" cümləsini "məğfurən rəhimən" və ya "əlimən həkimən" yazırdı. Sonra da camaat arasında yayırdı ki, "mən Quranı təhrif etmişəm və ya deyirdi ki, əgər vəhy budursa, mən buna oxşarın yaza bilərəm".



Amma Allah-Taala vəhy vasitəsilə Peyğəmbəri (s) onun bu işindən xəbərdar etmişdi. Quran-Kərimin "Ənam" surəsinin 93-cü ayəsi onun bu işini ifşa etmişdir. Və Peyğəmbər (s) onun nə etdiyini bilir və izləyirdi.



Quran-Kərim "Ənam" surəsinin 93-cü ayəsində buyurur:



  «وَ مَنْ أَظْلَمُ مِمَّنِ اِفْتَرىٰ عَلَى اَللّٰهِ کَذِباً أَوْ قٰالَ أُوحِیَ إِلَیَّ وَ لَمْ یُوحَ إِلَیْهِ شَیْءٌ وَ مَنْ قٰالَ سَأُنْزِلُ مِثْلَ مٰا أَنْزَلَ اَللّٰهُ وَ لَوْ تَرىٰ إِذِ اَلظّٰالِمُونَ فِی غَمَرٰاتِ اَلْمَوْتِ وَ اَلْمَلاٰئِکَةُ بٰاسِطُوا أَیْدِیهِمْ أَخْرِجُوا أَنْفُسَکُمُ اَلْیَوْمَ تُجْزَوْنَ عَذٰابَ اَلْهُونِ بِمٰا کُنْتُمْ تَقُولُونَ عَلَى اَللّٰهِ غَیْرَ اَلْحَقِّ وَ کُنْتُمْ عَنْ آیٰاتِهِ تَسْتَکْبِرُونَ  -﴿الأنعام‏، 93﴾».



"Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur’an) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!"



الکافی (ط - الإسلامیة) ؛ ج‏8 ؛ ص200، حدیث: 242- أَبُو عَلِیٍّ الْأَشْعَرِیُّ عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الْجَبَّارِ عَنْ صَفْوَانَ بْنِ یَحْیَى عَنِ‏ ابْنِ مُسْکَانَ عَنْ أَبِی بَصِیرٍ عَنْ أَحَدِهِمَا (ع) قَالَ: سَأَلْتُهُ‏ عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ- «وَ مَنْ‏ أَظْلَمُ‏ مِمَّنِ افْتَرى‏ عَلَى اللَّهِ کَذِباً أَوْ قالَ أُوحِیَ إِلَیَّ وَ لَمْ یُوحَ إِلَیْهِ شَیْ‏ءٌ» قَالَ نَزَلَتْ فِی ابْنِ أَبِی سَرْحٍ الَّذِی کَانَ عُثْمَانُ اسْتَعْمَلَهُ عَلَى مِصْرَ وَ هُوَ مِمَّنْ کَانَ رَسُولُ اللَّهِ ص- یَوْمَ فَتْحِ مَکَّةَ هَدَرَ دَمَهُ‏ وَ کَانَ یَکْتُبُ لِرَسُولِ اللَّهِ ص فَإِذَا أَنْزَلَ اللَّهُ عَزَّ وَ جَلَّ- أَنَّ اللَّهَ عَزِیزٌ حَکِیمٌ‏ کَتَبَ‏ إِنَّ اللَّهَ عَلِیمٌ حَکِیمٌ‏ فَیَقُولُ لَهُ رَسُولُ اللَّهِ ص دَعْهَا فَإِنَّ اللَّهَ عَلِیمٌ حَکِیمٌ وَ کَانَ ابْنُ أَبِی سَرْحٍ یَقُولُ لِلْمُنَافِقِینَ إِنِّی لَأَقُولُ مِنْ نَفْسِی مِثْلَ مَا یَجِی‏ءُ بِهِ فَمَا یُغَیِّرُ عَلَیَّ فَأَنْزَلَ اللَّهُ تَبَارَکَ وَ تَعَالَى فِیهِ الَّذِی أَنْزَلَ».



Şeyx Kuleyni "Əl-Kafi"nin 8-ci icildinin 200-cü səhifəsində yuxarıdakı ərəbcə mətni verilmiş hədisi "Ənam" surəsinin 93-cü ayəsinin təfsiri haqqında nəql etmişdir. Bu hədisə görə Abdullah bin Sə`d bir dəfə Quran ayələrini axırını dəyişərək yazıb. Belə ki, sonu "əzizun həkim" ilə qurtaran ayəni "əlimun həkim" ilə yazmışdı. Peyğəmbər (s) bunu bilmiş və göstəriş vermişdi ki, ayəni nazil olduğu kimi yazsın. Abdullah münafiqlərin yanında bu işini təhrif edərək belə demişdi ki, mən Quran ayələrini istədiyim kimi yazıram, amma Peyğəmbər (s) buna düzəliş vermir və mənimlə razılaşır. Bu məsələdən sonra ayə nazil oldu və Peyğəmbər onun ölüm hökmünü verdi.  



Təfsir və Hədis alimləri rəvayətlərə əsaslanaraq bu ayənin Abdullah bin Sə`d haqqında nazil olduğunu demişlər.



Bu ayə nazil olub onu ifşa etdikdən sonra o Məkkəyə qaçdı. Sonralar Məkkədə Quran ayələrini istehza və Peyğəmbəri (s) də həcv edirdi.



Həzrət Peyğəmbər (s) onun haqqına ölüm hökmü verdi və buyurdu ki, "hər kəs onu tapsa, öldürsün, əgər Kəbənin pərdəsindən yapışmış belə olsa".



Sonra isə Peyğəmbər (s) onun camaat arasında yaydığı şayiələrə cavab olaraq buyurdu ki, "Quran vahiddir, dəyişilməyib, Cəbrayılın nazil etdiyi kimi və mənim xüsusi imlam əsasında və göstərişimə əsasən yazılıb, katiblərdən kimsə, dəxalət etdiyi zaman bu məsələ Cəbrayıl tərəfindən mənə xəbər verilib və islah olunub".



Bundan əlavə qeyd edim ki, Vəhyin digər yazarları və katibləri də bütün ayələri eşidir və yazırdılar. Bunların arasında İmam Əli (ə) kimi "elmin qapısı" sayılan şəxsiyyət də vardır ki, özünün buyurduğuna əsasən bütün ayələr nazil olduğunda orda olub, həmçinin Peyğəmbərin (s) xüsusi göstərişinə əsasən ayələrin təfsirini də yazmışdır. Buna görə də əgər hansısa katib tərəfindən xırda və cüzi bir dəyişdirilmə baş versəydi bu tez məlum olacaqdır.



Hamsından daha əhəmiyyətlisi isə Quranın Allah-Taala tərəfindən qorunması vədə verilmişdir və qorunma elə vəhyin ilk günlərindən həyata keçirilirdi. Necə ki, Abdullah bin Sə`din saxtakarlığını ifşa etdi.



Deməli, nə Abdullah bin Sə`din vəhyi dəyişdirməyə gücü var idi və nə də Peyğəmbər (s) ona bu işi görməyə icazə vermədi. Həmçinin Quran-Kərim "nəcm" surəsinin 3-cü ayəsində Peyğəmbərinin (s) bütün dediklərinin vəhy olduğunu təsdiq edir.



Osmanın vəsatəti



Məkkənin fəthi zamanı Peyğəmbər (s) əmr vermişdi ki, altı kişi və 4 qadına aman verilməyərək öldürülsünlər. O 6 kişidən biri də Abdullah bin Sə`d idi.



Osman və Abdullah bin Sə`d süd qardaşı olublar. Buna görə də Məkkənin fəthi zamanı Peyğəmbərin (s) bu hökmündən sonra Osman öz süd qardaşı olan Abdullah bin Sə`din tövbə etiyini iddi etdi. O, Abdullahı Peyğəmbərin (s) yanına gətirib bağışlanmasını dilədi.



Peyğəmbər (s) bir müddət bu istəyin qarşısında dinmədi. Sakit qaldı və gözlədi. Sonra isə tövbəsini qəbul edərək, onu bağışladı.



Sonradan müsəlmanlar buna etiraz edərək dedilər ki, Peyğəmbər (s) bəs nə üçün onu öldürmədi və bağışladı.



Peyğəmbər (s) buyurdu: "Mən bir müddət sakit qaldım ki, bəlkə bir nəfər müsəlman ayağa qalxa (və mənim öncədən verdiyim əmrə əsasən) ona aman vermədən öldürə, amma bunu edən olmadı".



Bu zaman müsəlmanlar dedilər ki, bəs nə üçün bizə işarə etmədin?



Peyğəmbər (s) buyurdu: Bip eyğəmbərin (s) şənində deyil və yaraşmaz ki, kimisə, işarə və eyham ilə öldürtdürsün!



Ömər bin Xəttab və Osman bin Əffan öz xilafətləri dövründə Abdullah bin Sə`də vəzifələr də verdilər. O hicrətin 36-cı və bəzilərinin yazdığına görə isə 59-cu ilində vəfat etmişdir.  



Buradan məlum oldu ki, Abdullah bin Sə`din ölüm hökmü Quranı təhrif etməyə cəhd və Peyğəmbəri (s) söyərək təhqir etdiyi üçün verilmişdi. Buna görə "milli mürtəd" sayılır və töbvə edərsə, günahı bağışlana bilər.       



Osmanın iddiasına görə o tövbə etmiş və Peyğəmbərin (s) hüzuruna gələrək bağışlanmaq diləmişdir. Buna görə də barəsində çıxarılan edam hökmü ləğv edilmişdir.



Nəticə:



Vəhyi şübhə altına salanların fikirləşdiyinin əksinə olaraq bu hədis Quranın təhrif olunmadığına dəlildir. Çünki həm Allah-Taala Quranda vədə verir ki, biz göndərdiyimiz bu kitabı qoruyacayıq. Və həm də hədis göstərir ki, Peyğəmbər (s) Quranın ən xırda sözlərinə, hətta bir sözün başqa bir oxşar sözə dəyişilməsinə belə çox diqqətli idi. 



Ayənində bu barədə nazil olması göstərir ki, Quran Allah-Taala təfərindən qorunur və bu İlahi kitabı heç kəs təhrif edə bilməyəcəkdir.



Bu hədis də Quranı təhrif etmək niyyətində olanların məğlubiyyət nümunəsindən biridir. 



İstifadə olumuş ədəbiyyat:



1. Əbu Həyyan, "Təfsiru əl-Bəhril-Mühit", c.4, s.180 (bax: Ənam surəsi, ayə 93).



2. Vaqidi, "əl-Məğazi", s. 631 (s.855).



3. İbn Əbdül-birr, "əl-İstiab", c.2. s. 367-375.



4. İbn Əsir, "Usdul-ğabə", c.3. s. 173 (c.2, s.117).



5. İbn Əsir, "əl-Kamil fit-tarix", c.1, s.331.



6. Bəlazuri, "Ənsabul-əşraf", c.5. s. 49.



7. İbn Sə`d, "ət-Təbəqat", c.7. s. 496.



8. İbn Əsakir, "Muxtəsəru Tarixi Dəməşq", c.12. s. 224.



9. Şeyx Müfid, "əl-Cəməl vən-nüsrətu li-seyyidil-itrəti fi hərbil-bəsrə", s. 483.



10. Hakim Nişapuri, "əl-Müstədrək ələs-səhiheyn", c.3. s. 100.



11. Nasiri, "əl-İstiqsa lil-əxbar", c.1, s.91.



12. Məqdisi, "əl-Bəd`u vət-tarix", c.1, s.255.



13. İbn Kəsir, "əl-Bidayə vən-nihayə", c.4, s.340.



14. Molla Saleh Mazəndərani, "Şərhu Usulil-Kafi", c.12, s.252.



15. Ayətullah Xoi, "Minhacul-bəraə fi şərhi nəhcül-bəlağə", c.16, s.317.



16. Dr. Məhəmmədbaqir Höccəti, "Pəjuheşi dər tarixe İslam", s. 206-303.



17. Dr. İbrahim Ayəti, "Tarixe Peyambəre İslam", s.562.



*** Əhl-Sünnə qaynaqları "Məktəbətuş-şamilə" proqramından istifadə edilmiş və kitabların komputer versiyasıdır. Buna görə cild və səhifələr çap versiyaları ilə uyğun gəlməyə bilər.



Hazırladı: Mirməhəmməd Bəşir

Teqlər: quran ، təhrif ، vəhy ، katib ، abdullah ، bin ، əbi sərh
captcha