IQNA

Bir ailədə 16 nəfər Quran-Kərim hafizi;

Fələstində bir ailənin bütün üzvləri Quran hafizidir

9:54 - November 23, 2016
Xəbər sayı: 3481033
Tehran, 23.11.2016- "Quran Ailə"sini başçısı Vail Həms ailə üzvlərinin kənarında oturur, öz qızları və oğlanlarının tilavət və hifzinə qulaq asır və onlara hifzlərini gücləndirmək üçün kömək edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Fələstinin "əl-Vətən" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Vail Həms -16 nəfərlik Quran hafizi olan ailənin başçısı, ailə üzvlərinin kənarında oturur, öz qızları və oğlanlarının tilavət və hifzinə qulaq asır və digər ailə üzvləri də öz hifz və tilavətlərini bir-birlərini dinləyərək möhkəmləndirirlər.

"Quran Ailəsi" kimi məşhurlaşan Vail Həmsin ailəsi Qəzzə sahillərinin cənubunda Rəfəh əyalətinin şərqi "Həyy əl-Cəninə" bölgəsində yaşayırlar.

Bu "Quran Ailəsi"nin üzvləri həmişə çalışırlar ki, bir-birlərinə Quran öyrətsinlər. Onlar bir yerə toplaşıb bir-birləri üçün hifzdən Quran tilavət edirlər və bununla da bir-birinin hifz və tilavət metodlarından istifadə edərək öz hifz və tilavətlərini gücləndirirlər.

Vail Həms deyib: Mən və ailəm hamımız Quran-Kərimi əzbərdən bilirik. Biz hamımız Qəzzə zolağında yaşayırıq, bir bacımdan başqa ki, o, Ərəbistanda yaşayır.

O əlavə edib: Quranın hifzini uşaqlıqdan və ibtidai təhsil aldığım zamandan başladım. Anam məni Quranı hifz etməyə təşviq edir və həvəsləndirirdi. Məni Quran-Kərimin təlim mərkəzlərinə göndərirdi. Beşinci sinifdə oxuyanda artıq bütün Quran-Kərimi hifz etmişdim.

Vail vurğulayıb: Quran-Kərimlə üns qurmaq insanın həyat tərzində dərin təsir qoyur. Quran hafizini digərlərindən fərqləndirən xüsusiyyət onun Quran əsasında olan əxlaq və rəftarıdır. Allah-Taalanın bu müqəddəs kitabda buyurduğu kimi Quran möminin ürəyində, rəftarında və əxlaqında təsir qoyur.

Bu Quran ailəsinin anası Fatimə Həms ki, özü də Quran hafizidir, deyib: Ailəmizin 16 nəfər üzvünün hamısı Quranı hifz etməklə məşğuldur. Hifzi hamıdan yaxşı olan birisi digərlərinin hifz etməyinə kömək edir. Mən övladlarımı təbiyə edərkən çətinliklərlə üzləşmirəm. Çünki onlar bütün rəftarlarında Qurana iqtida edirlər və Quran deyənə baxırlar. Quran onların bütün ruhuna hopubdur.

O əlavə edib: Mən digər ailələrə də övladlarını Quranla tərbiyə etməyi və onlara Quran öyrətməyi tövsiyə edirəm. Çünki Quran-Kərim dünya və axirətdə övladlarımızı qoruyacaqdır.

http://iqna.ir/fa/news/3548091

في غزة .. 16 فرداً من بيت واحد يحفظون القرآن

في غزة .. 16 فرداً من بيت واحد يحفظون القرآن

في غزة .. 16 فرداً من بيت واحد يحفظون القرآن

في غزة .. 16 فرداً من بيت واحد يحفظون القرآن

في غزة .. 16 فرداً من بيت واحد يحفظون القرآن


captcha