İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mənamə post" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəhreynin təhlükəsizlik qüvvələri dünən "əd-Diraz" regionunda yerləşən İmam Sadiq (ə) Came məscidinin ətrafını əhatə edərək, Cümə namazının qılınmasına icazə verməyiblər.
Bəhreynli şiələrin rəhbəri Ayətullah Şeyx İsa Qasimin yaşadığı bölgədə yerləşən İmam Sadiq (ə) Came məscidinin şiələri bu həftənin Cümə namazını da fərdi şəkildə qıldılar.
Alınan məlumuta göre, Diraz bölgəsində keçirilən etiraz aksiyasında etirazçılar Şeyx Əli Səlmanın azadlığa buraxılmasını tələb ediblər.
Mənamənin
"əd-Diraz" regionu Ali-Xəlifə rejimi tərəfindən Ayətullah İsa Qasimin
vətəndaşlığının ləğvindən sonra həmişə bəhreynli vətəndaşların etiraz
aksiyalarının şahididir və bu regionun bütün girişləri Ali-Xəlifə muzdurları
tərəfindən tam nəzarətə götürülüb.