IQNA

Höccətul- İslam vəl- müslimin Hüseyni xəbər verdi:

İİR-nın Beynəlxalq Quran Yarışlarında 80 ölkədən 283 nəfər iştirak edəcək

13:27 - April 06, 2017
Xəbər sayı: 3481506
Bu il "İİR-nın 34-cü Beynəlxalq Quran Yarışları"a dünyanın 80 ölkəsindən 283 nəfər iştirakçı qatılacaqdır. Bu yarışlarda İranda ilk dəfə olaraq dünyanın 23 ölkəsindən xanım da iştirak edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının "Vəqflər və Xeyriyyə İşləri Təşkilatı"nın "Qurani İşlər Mərkəzi"nin rəisi Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni İQNA ilə müsahibəsində "İİR-nın 34-cü Beynəlxalq Quran Yarışları"nda dünyanın 80 ölkəsindən 283 nəfərin iştirak edəcəyəni xəbər verərək dedi: Bu yarışlarda 400 xarici qonaq iştirak edəcəkdir ki, bunlardan 283 nəfəri rəqabətlərə qatılacaqdır.

"Vəqflər və Xeyriyyə İşləri Təşkilatı"nın "Qurani İşlər Mərkəzi"nin rəisi Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni əlavə edib: Bu il beynəlxalq Quran yarışları hər ildəkindən bir ay tez keçiriləcəkdir. Yəni Novruz tətillərindən az sonra yarışlarımız başlayacaq. Hər il Novruz bayramından iki həftə sonra yarışların keçirilməsi komitəsi yaradılırdı, bu il isə bizim həmkarlarımız Novruz tətillərində də iş başında idilər və yarışların keçirilməsi üçün hazırlıq görürdülər.

Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni yarışlarda iştirak edənlərin sayı barədə məlumat verdikdən sonra dedi: Bu ana qədər yarışların 5 bölməsində - (kişilər, qadınlar, məktəblilər, dini elmi hövzə tələbələri və "qəlbinur"lar (korlar)) - ümumilikdə 80 ölkədən 283 nəfər iştirakçı qeydiyyatdan keçib. Amma nəzərə alsaq ki, xanımlar, orta məktəb şagirdləri və "qəlbinur"ların yanında onları müşayət edən bir nəfər də olacaq, xarici qonaqlarımızın sayı 400 nəfər civarında olacaqdır.

"Vəqflər və Xeyriyyə İşləri Təşkilatı"nın "Qurani İşlər Mərkəzi"nin rəisi yarışlarda iştirak üçün qedyiyyat dəftərnin bağlandığını qeyd edərək dedi: Biz qeydiyyatı dayandırmışıq, amma bəzən olur ki, yarışlara az qalmış və ya son dəqiqələrdə hansısa ölkənin nümayəndəsi xəstəlik və ya digər səbəblərdən yarışlarda iştirak etməyəcəyini elan edir. Əlbəttə bu çox az və nadir hallarda baş verir. Amma bu il vəziyyət fərqlidir. Çünki Yəmən, Bəhreyn, Suriya və digər ölkələrdə siyasi və ictimai vəziyyət çətinləşib, müharibə gedir. Bu ölkələrdən İrana birbaşa uçuş yoxdur, gediş- gəliş çətinliklə həyata keçir. Bununla belə indiyədək 80 ölkədən 283 nəfər iştirakçı qeydiyyatdan keçmişdir.

Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni yarışların hakimlər heyəti barədə dedi: Yarışlara hakimlik edəcək heyətin tərkibi və kimliyi məlumdur. Hətta yarışların müxtəlif bölmələrində, qadınlar, kişilər və s... hakimlik edəcək iranlı və xarici hakimlər təyin edilibdir.

Seyid Mustafa Hüseyni yarışların zamanı və məkanı barədə dini hövzə tələbələri yarışlarının müqəddəs Qum şəhərində keçiriləcəyinə işarə edərək dedi: Bu il yarışlara xanımlar da qatıldığı üçün həm zaman və həm də məkan baxımından dəyişiklik olacaqdır. Yarışlardan biri əsas şəbistanında və digəri şərqi şəbistanında keçiriləcəkdir. Həmçinin keçən il təkcə əsr vaxtı, günün ikinci yarısında yarışlar keçirilirdi, bu il isə günün həm birinci (saat 9:00-dan 13:00-dək) və həm də ikinci yarısında (saat 16:00-dan 20:00-dək) yarışlar keçiriləcəkdir.

"Vəqflər və Xeyriyyə İşləri Təşkilatı"nın "Qurani İşlər Mərkəzi"nin rəisi kişilər bölməsində iştirak edənlərin sayının 114 nəfər olduğuna iştirak edərək dedi: Bu ikl dəfədir ki, yarışlarımızda xanımlar iştirak edəcək. Dünyanın 23 ölkəsindən xanım iştirakçımız olacaqdır. Xanımların sayının az olduğunu nəzər alaraq onların yarışları mərasimin açılışdan bir qədər sonra başlayacaqdır.

Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni son illərdə İrana qarşı aqressiv davranaraq iranlıları Quran yarışlarına dəvət etməyən ölkələri də yarışlara dəvət etdiklərini vurğulayaraq dedi: Bizi yarışlara dəvət etməyən ölkələrdən biri də Livan idi. Bu yarışlar keçirənlər Səd Həriri cərəyanına bağlı təşkilatlar idi və təbii ki, biz Sə`d Həriri cərəyanından bundan başqa bir şey də gözləmirdik. Əlbəttə dəvət etsəydilər iştirak edəcəkdik.

Hüseyni əlavə etdi: Bizi beynəlxalq yarışlara dəvət etməyən ölkələrdən biri də Misir idi. Bu ölkənin Vəqflər Nazirliyi də son illərdə İrana qarşı təəssübkeşliklə davranır və açıq şəkildə İranın qari, mübəlliğ və hakimlərinin bu ölkənin yarışlarında iştiraknın qarşısını alırlar. Və bu da bizim üçün təbii idi.

Höccətul- İslam vəl- müslimin Seyid Mustafa Hüseyni İİR-nın beynəlxalq yarışlarının digər ölkələrin beynəlxalq yarışları ilə bir zamana düşdüynə işarə edərək dedi: Digər ölkələrin yarışları Qəməri aylarladır və bu zaman tədaxülü bu illikdir, gələn illərdə bu baş verməyəcək. Çünki İranın beynəxalq Quran yarışları həmişə Bahar aylarında sabit vaxtda keçirilir.

http://iqna.ir/fa/news/3586903


captcha