IQNA

Bakı məscidlərində İmam Rza (ə) mövludu qeyd edilib

10:59 - August 07, 2017
Xəbər sayı: 3481944
Bakının bir çox məscidində olduğu kimi Şah Hüseyn məscidində də İmam Rzanın mövludu keçirilib.


Bakı məscidlərində İmam Rza (ə) mövludu qeyd edilib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadla xəbər verir ki, Bakının Şah Hüseyn məscidində "Cəfəri Heyəti"nin məclisində İmam Rzanın (ə) mübarək mövludu qeyd edilib.

Mərasimdə ilahiyyatçı Hacı Gülbala söhbət edib. O İmam Rza haqqında məlumat verərək axirət aləmində Əhlibeytin şəfaəti haqda danışıb.

Əhlibeyt məddahı Hacı Mansur da qəzəl, şeir və mədhiyyələr oxuyaraq mərasim iştirakçılarına mövlud əhval ruhiyyəsi yaşadıb. Mərasimin sonunda çay süfrəsi təşkil edilib.


captcha