İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Seneqalın paytaxtı Dakarda 16-cı beynəlxalq kitab və təhsil ləvazimatları sərgisi keçirilir. Sərgi keçən həftənin üçüncü günü, 22 Noyabr 2017-ci il, başlayıb və bu gün, Noyabr ayının 26-da, öz işini yekunlaşdıracaqdır.
Sərgidə İran İslam Respublikasının Dakardakı Mədəniyyət Əlaqələri İdarəsi və İİR-nın beynəlxalq Əl-Hüda nəşriyyatı da iştirak edir.
Bu sərgidə İran İslam Respublikasının Fransız və Ərəbcə çap və nəşr etdiyi 67 adda kitab sərgiyə çıxarılıb.
Seneqalın paytaxtı Dakarda 16-cı beynəlxalq kitab və təhsil ləvazimatları sərgisində "İran və Seneqal mütəfəkkirlərin Qurani düşüncələri" və Mürşid Süleyman Sinin Fransız dilində qələmə aldığı "Çağdaş dövrün real uğurları" kitablarının təqdimat mərasimi keçirildi.
"Çağdaş dövrün real uğurları" kitabında İran İslam İnqilabının dahi rəhbəri Həzrət İmam Xomeyninin (r.ə) və Seneqalın Müridiyyə təriqətinin mənəvi rəhbəri Şeyx Əhmədu Bambanın Qurani düşüncələrini açıqlanmışdır.
http://iqna.ir/fa/news/3666582