IQNA

Berlində “Yəhudilik, Xristianlıq və İslam” sərgisi keçirilir

22:50 - December 29, 2017
Xəbər sayı: 3482568
Almaniyanın paytaxtdı Berlinin “Martin Gropius” kompleksində “Yəhudilik, Xristianlıq və İslam” adlı mədəniyyətlərarası sərgi keçirilir. Sərgidə bu üç dinin tarixi və mədəniyyəti öz əksini tapmışdır.

Berlində “Yəhudilik, Xristianlıq və İslam” sərgisi keçirilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) İran İslam Respublikasının Almaniyadakı Mədəniyyət Əlaqələri İdarəsinin informasiya bürosuna istinadla verdiyi xəbərə görə, Almaniyanın paytaxtdı Berlinin “Martin Gropius” kompleksində “Yəhudilik, Xristianlıq və İslam” adlı mədəniyyətlərarası sərgi keçirilir. 2018-ci ilin Mart ayınadək keçiriləcək bu sərgidə üç səmavi dinin qədim tarixi, mədəniyyəti və dünyagörüşü öz əksini tapmışdır.

Almaniyanın Berlin şəhərinin “Martin Gropius” kompleksində keçirilən mədəniyyət sərgisi təkcə yəhudilik, xristianlıq və İslam dinləri arasındakı fərqləri və ixtilafları göstərmir, həm də bir çox tarixi həqiqətləri özündə əks etdirir.

Bu sərginin devizində yazılıb: “Biz həqiqətləri və onların formalaşdırılması prosesini bilməkdən utanc hissi duymamalıyıq. Mühum deyil ki, biz həqiqəti hansı mənbə və qaynaqdan əldə edirik, hətta keçmiş nəsillərdən və xarici insanlardan, mühüm budur ki, həqiqəti əldə edirik. Bəzi əldə etdiyimiz məlumatlar 1150 il bundan öncəyə qayıdır. Bu həqiqətləri biz Ərəblərin Bağdadda yaşamış məşhur filosofu “əl-Kəndi”nin dilindən eşidirik ki, 850 il öncə kağız üzərinə yazıblar”.

“İslamica” saytının bu barədə yazdığına görə, mədəniyyət sərgisi 2018-ci ilin Mart ayınadək davam edəcəkdir. Sərgiyə baxış keçirənlər Yəhud, Məsih və İslam tarixi üzərindən və elm və din baxımından keçmişə hərtərəfli bir səfər etmiş olsunlar.  

Sərginin üç bölməsi vardır. Birinci bölmə Yunan, Ərəb, İbri mədəniyyəti, kəndlilərin yazı mədəniyyəti, ikinci bölmə tibb elmləri və üçüncü hissə taleyə baxma və astronomiya barədə məlumatları ehtiva edir.

http://iqna.ir/fa/news/3676959

Teqlər: iqna ، yəhudilik ، məsihilik ، İslam ، sərgi
captcha