IQNA

Fələstinin səfiri ilə görüşdə açıqlandı;

İraqın NÜCƏBA hərəkatı Qüdsü müdafiə etmək üçün hazır olduğunu elan etdi

0:33 - December 31, 2017
Xəbər sayı: 3482578
NÜCƏBA-nın baş katibi Fələstinin İraqdakı səfiri Əhməd Aqil ilə görüşündə müsəlmanların vəhdətinin zəruriliyini vurğulayaraq dedi: Biz müqəddəs və şərəfli Qüdsü müdafiə etmək üçün tam hazırıq.

İraqın NÜCƏBA hərəkatı Qüdsü müdafiə etmək üçün hazır olduğunu elan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın İslami Müqavimət Hərəkatının İran İslam Respublikasının paytaxtı Tehrandakı dəftərxanasının informasiya bürosuna istinadla verdiyi xəbərə görə, Fələstinin İraqdakı səlahiyyətli səfiri Əhməd Əqil, son günlərdə Amerika prezidenti Donald Trampın müsəlmanların ilk qibləsi Qüdsi-Şərifin əleyhinə ağzınagələni danışdıqdan sonra, Bağdadda İraqın İslami Müqavimət Hərəkatının (NÜCƏBA) qərargahına gedərək bu hərəkatın baş katibi Höccətul- İslam vəl- müslimin Əkrəm Kəəbi ilə görüş keçirib.      

Tərəflər bu görüşdə regionun hazırkı vəziyyətini müzakirə ediblər və müsəlmanların dünya imperialistlərinin və sionizm qarşısında birləşmələri və vəhdətlərini zəruri hesab ediblər.

İraqın İslami Müqavimət Hərəkatının (NÜCƏBA) baş katibi Fələstinin İraqdakı səlahiyyətli səfiri Əhməd Aqil ilə görüşündə müsəlmanların dünya imperialistlərinin qarşısında vəhdətinin zəruriliyini vurğulayaraq və Amerikanın prezidentinin Qüds barədə çıxışlarını məhkum edərək dedi: Biz müqəddəs və şərəfli Qüdsü müdafiə etmək üçün kamil və tam hazırıq.

İraqın NÜCƏBA hərəkatı Qüdsü müdafiə etmək üçün hazır olduğunu elan etdi

İslami Müqavimət Hərəkatının (NÜCƏBA) baş katibi Höccətul- İslam vəl- müslimin Əkrəm Kəəbi əlavə etdi: İmperialist qüvvələrin öz paytaxlarını Qüdsə köçürməsi qanunu müsəlmanları təhrik etmək və mənfur sionist rejimini leqallaşdırmaq üçün atılmış addımdır.

Bu görüşün sonunda Fələstinin İraqdakı səlahiyyətli səfiri Əhməd Əqil NÜCƏBA təşkilatının Fələstin barədəki mövqeyni, İslami sərhədləri qorumaq üçün mübarizəsini və Qüdsü müdafiə etmək üçün hazır olduqlarını alqışladı.

http://iqna.ir/fa/news/3677444

Teqlər: iqna ، fələstin ، nücəba ، İraq ، səfir
captcha