IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İşğal altındakı Qərbi Şəriənin Ramallah şəhərində Amerikan evi (American House) önündə toplanan bir qrup Fələstinli ABŞ-ın Fələstinlə bağlı siyasətinə etiraz edib.
Maide.Az “AA”a istinadla xəbər veri rki, əllərində üzərində ABŞ əleyhinə şüarlar yazılmış plakartlar daşıyan etirazçılar ABŞ-ın Qüds başkonsulluğuna bağlı olan Amerikan evinin bağlanmasını və Amerikalı işçilərin Qərbi Şəriədən qovulmasını tələb edib.
Etirazçılar ABŞ-ın Fələstin torpaqlarındakı fəaliyyət və varlğından məmnun olmadıqlarını bildirib. Etirazçılar həmçinin ABŞ-ın BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) dəstəyini kəsməsini pisləyiblər.
Qeyd edək ki, ABŞ bir müddətn öncə BMT Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) yardımları dayandırıb.