IQNA

Korlar üçün beynəlxalq Quran yarışları keçiriləcək

0:42 - September 05, 2018
Xəbər sayı: 3483788
İslam dünyasının korlar üçün beynəlxalq Qurani-Kərim yarışlarının 4-cü turu gələn ilin yaz aylarında İran İslam Respublikasının evsahibliyi ilə keçiriləcək.

Korlar üçün beynəlxalq Quran yarışları keçiriləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslam dünyasının korlar üçün beynəlxalq Qurani-Kərim yarışlarının 4-cü turu gələn ilin yaz aylarında İran İslam Respublikasında keçiriləcək.

İran İslam Respublikasının “Əlillərin Dövlət Sosial Müdafiəsi Təşkilatı” (Sazimane Behzistiye İran) bu yarışlarda iştirak etmək üçün lazım olan şərtlər və qanunları və həmçinin yarışlarının keçirilməsi hədəfləri elan edib.

Bu yarışlarda iştirak etmək istəyənlər 2019-cu ilin Yanvar ayının 21-dək yarışlarda iştirak etmək üçün lazım olan sənədləri yarışların keçirilməsi komitəsinə təqdim etməlidirlər.

İslam dünyasının korlar üçün beynəlxalq Qurani-Kərim yarışlarının 4-cü turunda iştirak etmək üçün aşağıdakı şərtlər və qanunlar elan edilib:

Yarışların hədəfləri:

1). İslam dünyasının gözdən əlilləri arasında vəhdət yaradılması, əlaqələrin möhkəmləndirilməsi, onların problemlərinin həllində yardımçı olmaq.

2). Parlaq istedadlı Quran hafizləri arasında elm və mədəni əməkdaşlıq yaratmaq;

3). Quran maarifi və İslami əxlaqı sahəsində mədəni maarifçiliyin yayılması;

4). Quran fəaliyyətləri sahəsində təşviq, həvəsləndirmə və inkişaf və Quranı öyrənməyə meyilləndirmək;

5). İslam dünyası cavanlarını müxtəlif ölkələrin milli və mədəni irsi tanış etmək.

Yarışların şərtləri:

1). Yarışlar Qurani-Kərimin hifzi və peşəkar qiraəti üzrə kişilər arasında keçiriləcəkdir.

2). Yarışlarda 18 yaşından 45 yaşınadək kişilər iştirak edə bilərlər.

3). Hər iştirakçı təkcə bir ixtisas üzrə (hifz, ya qiraət) yarışa bilər.

4). İştirakçı tərəfindən elan edilən ilkin ixtisas sonradan dəyişilməyəcək.

5). İşritakçılar özləri ilə təkcə bir nəfər müşayətçi gətirə bilərlər.

6). Hər ölkə təkcə öz vətəndaşını yarışlara ezam edə bilər.

7). Yarışlara yazılmaq üçün iştirakçı pasportunun (kimliyini göstərən məlumatlar qeyd edilmiş) birinci səhifəsini və telefon nömrəsini təqdim etməlidir.

8). Keçən turlarda 1, 2 və 3-cü yerləri tutmuş iştirakçılar növbəti yarışlara qatıla bilməzlər.

9). İştirakçının və onu müşayət edən bir nəfərin hotel, viza və yol xərcləri yarışları keçirən təşkilatın öhdəsinədir. İştirakçının öz ölkəsindəki digər xərcləri bura daxil deyil.   

10). Bu yarışlarda iştirak etmək istəyənlər 2019-cu ilin Yanvar ayının 21-dək yarışlarda iştirak etmək üçün lazım olan sənədləri yarışların keçirilməsi komitəsinə təqdim etməlidirlər.

11). Yarışda iştirak etmək istəyənlər sınaq imtahanları verəcəklər. Belə ki, Qurani-Kərimin peşəkar qiraəti ixtisası üzrə yarışa qatılmaq istəyənlər Qurani-Kərimin Zümər surəsinin 1-5 vəya 22-26 yada 37-41 ayələrini oxuyaraq audio və ya video formatında yazmalı və yarışların keçirilməsi komitəsinə göndərməlidir.

İştirakçı həmin audio və ya videonu göstərilən e-mailə (hosseinse@gmail.com) göndərməli və ya iştirakçının yaşadığı ölkədə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinə təqdim etməlidir.

12). Göndərilən bütün fayıllar beynəlxalq hakimlər tərəfindən yoxlanıldıqdan sonra yarışlara qatılmaq üçün nəticələr elan ediləcəkdir.

13). Qurani-Kərimin hifzi üzrə yarışlara qatılmaq istəyənlər sənədlərini təqdim edərkən onlara elan ediləcək vaxtda canlı yayımla sınaq imtahanlarına qoşulacaqlar. Təyin edilən vaxtda sınaqda iştirak etməyənlər yarışlarda iştirak etmək şansını itirəcəklər.

14). Yarışlarda digər milli və ya beynəlxalq yarışların ilk yerlərinin qalibləri, Qurani-Kərimin düzgün oxunuşunu (təcvid, tərtil, sout, ləhn) bacaranlar, hakimlər heyətinin sualına tez və sürətli cavab verə bilənlər iştirak edə biləcəklər.  

15). Yarışlarda iştirak etmək isəyənlər onlarda yarışa qatılmaq üçün lazım olan şərtlərin olduğunu təsdiq edən mötəbər şəhadətnamə təqdim etməlidirlər.

- Telefon: 00982166450995 
- Faks: 00982166956893
- Whatsapp: 00989351185242
- E-mail: hosseinse@gmail.com


http://iqna.ir/fa/news/3743797

 

captcha