IQNA

Tunisdə beynəlxalq Qurani-Kərim yarışları başlayır

18:45 - December 07, 2018
Xəbər sayı: 3484298
Tunisin 16-cı beynəlxalq Qurani-Kərim yarışları sabah, həftənin şənbə günü, 8 Dekabr 2018-ci il, Qirtac şəhərinin Malik ibn Ənəs adına universitetində öz işinə başlayır.

Tunisdə beynəlxalq Qurani-Kərim yarışları başlayırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin 16-cı beynəlxalq Qurani-Kərim yarışları sabah, həftənin şənbə günü, 8 Dekabr 2018-ci il, Qirtac şəhərinin Malik ibn Ənəs adına universitetində öz işinə başlayır.

Qurani-Kərimin hifzi, tərtil ilə qiraəti və təfsiri üzrə keçiriləcək beynəlxalq Qurani-Kərim yarışları Dekabr ayının 13-dək davam edəcəkdir.

Tunisin Qirtac şəhərinin Malik ibn Ənəs universitetində "Əllamə ibn Ərəfə" adına keçirilən bu yarışlarda dünyanın 22 ölkəsindən 31 nəfər iştirak edəcəkdir.

Tunisin 16-cı beynəlxalq Qurani-Kərim yarışlarının açılış mərasimi sabah, həftənin şənbə günü, günün birinci yarısında Tunisin Dini İşlər Naziri Əhməd Əzumun çıxışı ilə başlayacaqdır.

http://iqna.ir/fa/news/3770285

captcha