İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Quran Elmləri Müəssisəsinin "Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının 19-cu turunda iştirak etmək üçün 1420 nəfər qeydiyyatdan keçib.
"Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının 19-cu turu gələn ilin (2019) Yanvarın ayının 3-də başyalyacaq və Yanvar ayının 12-də başa çatacaqdır.
BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Quran Elmləri Müəssisəsinin baş katibi Əhməd İbrahim Bian bu barədə açıqlama verərək deyib: Bu yarışlarda 682 nəfər kişi və 738 nəfər xanım iştirak edir. Yarışa qatılanların 32 nəfəri Quran sahəsində ən yaxşı elmi araşdırma üzrə rəqabət aparacaqlar.
Qeyd edək ki, "Rə`sul-Xeymə" BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) varlı şeyxlər yaşayan yeddi şəhərindən biridir. Bu şəhər Fars Körfəzində yerləşir.