İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) hərəminin nəzdində fəaliyyət göstərən Darul-Quran idarəsi ikinci şöbəsini ölkənin paytaxtında təsis edib.
Bağdadın "əş-Şöəb" rayonunda təsis edilən Darul-Quran müəssisəsinin açılış mərasimi Quran sahəsində fəaliyyət göstərənlər, vətəndaşlar, tələbələr, Quran müəssisələri və digər şəxsiyyətlərin iştirakı ilə keçirilib.
İmam Hüseynin (ə) hərəminin qarisi Hacı Üsmə Kərbəlayinin Quran tilavəti ilə başlayan mərasim Darul-Quran idarəsinin rəisi Şeyx Xeyruddin əl-Hadinin idarənin fəaliyyətləri və gələcək hədəfləri barədə çıxışı ilə davam edib.
Açılış mərasiminin sonunda İmam Hüseynin (ə) hərəminin bayrağı Bağdad Darul-Quran müəssisəsinin müdiriyyətinə təqdim edilib.