IQNA

Amerikanın Filadilfiya şəhərində Quran yarışları

22:02 - April 08, 2019
Xəbər sayı: 3484957
Filadilfiyanın illik yarışlarında Bosniya, Banqladeş, Misr, Qana, Sierra Leone, İspaniya, Nigeriya, Amerika və bəzi Orta Şəqr ölkələrindən olan müsəlman tələbələr iştirak edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Bazar günü, 7 Aprel 2019-cu il, Amerikanın Filadilfiya şəhərində keçirilən illik Quran hifzi yarışlarında 7-25 yaşlarında yüz nəfər tələbə və şagird iştirak edib.   

Filadilfiyanın illik Qurani-Kərim hifzi yarışları hər il İslami Miras Fondunun təşəbbüsü ilə əl-Əqsa İslam Cəmiyyətində keçirilir.

İslami Miras Fondunun direktoru Nəbiyyə Parker bu barədə deyib: Bu yarışlar 26 il öncə başlayıb, ildə bir dəfə keçirilir. Yarışlarda indiyədək bir çox tələbə və şagirdlər iştirak edib. Bu yarışlar tələbələr arasında Quranın hifzi mədəniyyətinin daha çox yayılması hədəfi ilə keçirilir.

Filadilfiyanın illik yarışlarında Bosniya, Banqladeş, Misr, Qana, Sierra Leone, İspaniya, Nigeriya, Amerika və bəzi Orta Şəqr ölkələrindən olan müsəlman tələbələr iştirak edir.

Yarışlar səhər saat 9:00-da başlayıb və günün ikinci yarısında başa çatıb. 20 yaşından yuxarılar arasında birinci yeri əslən Banqladeşdən olan və Nyu-Cersidə yaşayan Şeyx Həsən qazanıb.   

http://iqna.ir/fa/news/3801972

captcha