İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Danimarkanın radikal sağçı partiyasının bir qrup üzvü həftənin Şənbə günü (1 İyun 2019) Qurani-Kərimi yandıraraq İslam dininə hörmətsizlik ediblər.
Həmin radikal sağçı partiyanın üzvləri Şam azanından az öncə Kopengahen şəhərinin meydanlarından birində ümumi məkanda düzənlənmiş kütləvi iftar süfrəsinə hücum edərək müsəlmanlara qarşı qəzəbli olduqlarını və nifrət etdiklərini bildiriblər.
Radikal dəstə müsəlmanların iftar etdiyi meydana yaxın hotellərdən birinin balkonuna "Avropa bizimdir" şüarı yazılmış bayraq da asıblar.
Səsucaldıcılardan istifadə edərək anti-İslam şüarlar səsləndirən radikal hücumçuları polis iftar verilən meydandan uzaqlaşdırıb.