IQNA

Həmas'dan Qutyerreşə tələb: 'Öz rolunu icra et

20:49 - October 01, 2019
Xəbər sayı: 3485896
“Həmas” BM-nin Baş katibi Antonio Qutyerreşə məktub yazaraq Fələstin xalqının haqlarının diqqətdən kənarda saxlanılmasına davam edilməsinin sabitliyi “baltaladığı” nəzərə çatdırılıb.

IQNA(Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki, məkubda həmçinin Fələstinin xalqının öz taleyini təyin etmək, məcburi çıxarıldıqları torpaqlara geri qayıtmaq, azadlıq və müstəqilliyinə qovuşmağın təməl haqqı olduğu vurğulanıb.

Qeyd edilib ki, Fələstinin torpaqlarının işğalının davam etməsi beynəlxalq sülh və təhlükəsizliyi tədhid edən ən önəmli faktordur:

“Bu vəziyyət beynəlxalq təşkilatların faydalılığı və təsiredici gücünə olan inamı azaldır”.

Məktubda sionist İşğalçı İsrail rejiminin başda Qüds olmaqla, işğal altındakı Fələstin torpaqlarının tarixi kimliyinin dəyişdirilməyə çalışmasının, həmçinin Qüdsün yəhudiləşdirilməsinin qarşısının alınmalı olduğu qeyd edilib.

Qutyerreşin nəzərinə çatdırılıb ki, sionistlərin fəaliyyətlərinə görə Qəzzada 2018-ci ildə işsizlik səviyyəsi 52 faizə, yoxsulluq isə 65 faizə çatıb. “Həmas” Qutyerreşdən Fələstin xalqının qorunması üçün qanuni rolunu yerinə yetirməsini, beynəlxalq sülh və təhlükəsizliyi yenidən təmin etməsini istəyib.

captcha