İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərnin Duzberi (Dewsbury) şəhərində 31 müsəlman məscidinin üzvləri bir xeyriyyə işi üçün birləşərək həmkarlıq ediblər.
Bu məscidlərin üzvləri "xeyriyyə həftəsi" çərçivəsində həmkarlıq edərək yoxsullar üçün qida və sanitariya məhsulları toplayıblar.
Məscidlərin idarə heyətlərinin üzvləri müxtəlif İslam mərkəzləri və məscidlərə baş çəkərək müsəlmanların hazırladıqları xeyriyyə köməklərini təhvil alıblar.
Bu 31 məscidin üzvləri öz köməklərini (yemək, içmək, dərman, sanitariya məhsulları və uşaq məhsulları) "xeyriyyə həftəsi" kampaniyasına veriblər.
Qeyd edək ki, bu köməklər İslamic Relif xeyriyyə müəssisəsinin başlatdığı "xeyriyyə həftəsi" (21 Oktyabrdan 27 Oktyabradək) çərçivəsində toplanılıb.