IQNA

Minlərlə Fələstinli Sübh namazınıı İbrahimi məscidində qıldı

23:57 - December 06, 2019
Xəbər sayı: 3486270
Yürüşdə iştirak edənlər bildiriblər ki, yəhudiləşirmə il mübarizə və İbrahimi (ə) məscidi qorumaq üçün başladılmış "Böyük Fəcr" kampaniyasını davam etdirəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin Cümə gün, 6 Dekabr 2019-cu il, minlərlə Fələstinli yəhudiləşdirmə ilə mübarizə və İbrahim (ə) məscidini qorumaq üçün Sübh namazını əl-Xəlil şəhərinin İbrahimi (ə) məscidində qıldılar.

Namaz qılmağa gələn Fələstinlilər təkbir və dini şüarlar səsləndirərək məscidə tərəf hərəkət ediblər.

Yürüşdə iştirak edənlər bildiriblər ki, yəhudiləşirmə il mübarizə və İbrahimi (ə) məscidi qorumaq üçün başladılmış "Böyük Fəcr" kampaniyasını davam etdirəcəklər.

Namaz iştirakçıları elan ediblər ki, bu məscid tam İslami bir abidədir və qeyri-müsəlmanların bu məkanda heç bir payı yoxdur. İşğalçı israil buranı zorla ələ keçirmək istəyir.  

https://iqna.ir/fa/news/3862073

captcha