IQNA

Əfqanıstan seçkilərində Əşrəf Ğəni liderlik edir

23:55 - December 22, 2019
Xəbər sayı: 3486348
Əfqanıstan prezident seçki komisiyasının ilkin hesablamalarının nəticələrinə əsasən Məhəmməd Əşrəf Ğəni öndədir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan prezident seçki komisiyasının ilkin hesablamalarının nəticələrinə əsasən Məhəmməd Əşrəf Ğəni öndədir.  

Bu barədə İQNA-ya Əfqanıstanın siyasi icmalçısı Seyid Əlirza Məhmudi açıqlama verib. O deyib: Səs qutularına salınan səslərin ilkin hesablamaları Məhəmməd Əşrəf Ğəninin prezident olacağını göstərir. O, 51 faiz səslə irəlidədir. İkinci yerdə 39 faiz səslə Abdullah Abdullahdır. O, Əşrəf Ğənidən 300 min səs geridədir. Bu isə Əşrəf Ğəninin seçkilərdə aydın qələbəsi deməkdir.

Əfqanıstanın siyasi icmalçısı Seyid Əlirza Məhmudi vurğulayıb: Əfqanıstanda 1 milyon 824 min nəfər seçkilərdə iştirak ediblər. Digər beş seçki namizədi Əşrəf Ğəninin xeyrinə geri çəkiliblər. Çox ehtimal ki, Əşrəf Ğəni yenə də prezident olacaqdır.

https://iqna.ir/fa/news/3865788

captcha