IQNA

Kanada müsəlmanları hicab qadağasına etiraz etdilər

23:16 - January 18, 2020
Xəbər sayı: 3486518
Kanada yaşayan müsəlman fəalları bu ölkənin Kvebek vilayətində müsəlmanların dini geyimi olan hicabın (baş örtüsü) qadağan edilməsi qanunu ilə bağlı məhkəməyə şikayət ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanada yaşayan müsəlman fəalları bu ölkənin Kvebek vilayətində müsəlmanların dini geyimi olan hicabın (baş örtüsü) qadağan edilməsi qanunu ilə bağlı məhkəməyə şikayət ediblər.

Kanada Müsəlmanlarının Milli Şurası (The National Council of Canadian Muslims – NCCM) cari həftənənin Cümə günü (17 Yanvar 2020) bu ölkənin Kvebek vilayətində dini simvolların gəzdirilməsi ilə bağlı qanuna etirazını bildirib və bu barədə ali məhkəməyə şikayət edib.

Bu şikayət ərizəsinə Kanadanın Mədəni Azadlıq Birliyi (Canadian Civil Liberties Association) və İçrak (İchrak) Nourel Hak adlı xüsusi şikayətçi (şəxsi iddiaçı) şəxs də qoşulub.  

Montoral universitetinin tələbəsi xanım İçrak (İchrak) Nourel Hak müəllimlik ixtisası üzrə təhsil alıb. O, hicablı olduğu üçün dövlət məktəbində tədris edə bilməz.  

Kvebekin məzhəbi simvollar barədə qanununa əsasən dövlət işçiləri, o cümlədən tibb bacıları, müsəllimlər və polis işçiləri iş yerlərində əmmamə, hicab, xaç və yəhudi papağı kimi dini simvollardan istifadə edə bilməzlər.  

Bu qanunu tənqid edənlərin fikrincə bu qanun hamıdan çox müsəlman xanımları təsir və təzyiq altında qoyur. Və insanları vadar edir ki, din və iş arasında seçim etsinlər.

https://iqna.ir/fa/news/3872352

Teqlər: hicab ، kanada ، iqna
captcha