IQNA

İndoneziyada "Yusif peyğəmbər" serialı yayıma getdi

23:44 - January 18, 2020
Xəbər sayı: 3486521
İran İslam Respublikasının istehsalı olan "Həzrət Yusif Peyğəmbər" filmi İndoneziyanın Vijn televiziya kanalında Fars dilində və İndoneziya dilində alt yazı ilə yayıma başlayıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının istehsalı olan "Həzrət Yusif Peyğəmbər" filmi İndoneziyanın Vijn televiziya kanalında Fars dilində və İndoneziya dilində alt yazı ilə yayıma başlayıb.  

Məşhur iranlı kino-rejissor mərhum Fərəcullah Sələhşurun hazırladığı bu seriyal Həzrət Yusif peyğəmbərin (s) həyatını uşaqlıq dövründən Misrdə hakimiyyətə çatmasına qədər Quran ayələri və hədislərə əsasən rəvayət edir.

Bu seriyalda Həzrət Yusifin (s) rolunu Mustafa Zamani, Həzrət Yəqub (s) rolunu Məhmud Pakniyət və Züleyxanın rolunu Kətayun Riyahi ifa edirlər.

https://iqna.ir/fa/news/3872359/

captcha