IQNA

İraq prezidentinə xəbərdarlıq: Trampla görüş qadanğandır!

23:54 - January 22, 2020
Xəbər sayı: 3486544
İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatı bəyaniyyəsində ölkə prezidenti Bərhəm Salehə ABŞ prezidenti ilə görüşü qadağan edib və bunu ölkənin milli maraqlarına zərər gətirəcəyini bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatı bəyaniyyə yayaraq İraq prezidentinə Amerikanın terrorist prezidenti Donald Trampla görüşməyi barədə xəbərdarlıq edib.

İraqın NÜCƏBA İslam Müqaviməti Hərəkatı bəyaniyyəsində ölkə prezidenti Bərhəm Salehə ABŞ prezidenti ilə görüşü qadağan edib və bunu ölkənin milli maraqlarına zərər gətirəcəyini bildirib.

NÜCƏBA İslam Müqaviməti Hərəkatı bəyaniyyəsində Amerikanın İraq xalqı barədə törətdiyi cinayətləri sayaraq Vaşinqtonun İŞİD-i aşkarda və gizlində dəstəklədiyini, Amerikanın xalq könüllülərini şəhid etdiyini və müqavimət cəbhəsinin komandirini terror etdiyini xatırladaraq Bərhəm Salehin Davos konfransı çərçivəsində Trampla görüşməsi barədə eşidilən pıçıltıları məhkum edib.

Bəyaniyyədə Amerika hərbiçilərinin İraqdan çıxarılmasının zəruri olduğu vurğulanıb və İraq rəsmilərindən heç birinin tramp kimilərin əlini sıxmağa icazəsi olmadığı bildirilib.    

https://iqna.ir/fa/news/3873482

Teqlər: nücəba ، İraq ، Bərhəm Saleh ، iqna
captcha