IQNA

Yəmən: Səudiyyə İslam adından sui-istifadə edir

23:23 - January 25, 2020
Xəbər sayı: 3486557
Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Səudiyyə Ərəbistanın İslam dini adından sui-istifadə etməsi barədə müsəlmanlara xəbərdarlıq edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Səudiyyə Ərəbistanın İslam dini adından sui-istifadə etməsi barədə müsəlmanlara xəbərdarlıq edib.

Yəmənin ƏNSARULLAH İslam Müqaviməti Hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam Səudiyyə Ərəbistanının rəsmilərinin sionist yəhudilərlə əlaqələrin adiləşdirilməsinə çalışmasını məhkum edib.

O, İslam Dünyası Birliyinin baş katibi və Səudiyyə Ərəbistanın sabiq ədliyyə nazirinin sionistlərlə əlaqələrin sadələşdirilməsində İslam adından danışmasını və Polşada qondarma "holokost" abidəsini ziyarət etməsini qınayaraq deyib: Səudiyyə Ərəbistanı İslam dini adından öz istemarçı dostları üçün sui-istifadə etməsin və bu kimi addımların ən tez zamanda qarşısı alınsın.

Qeyd edək ki, İslam Dünyası Birliyinin baş katibi və Səudiyyə Ərəbistanın sabiq ədliyyə naziri Məhəmməd İsa gözlənilməz bir səfərdə Polşada Auşvits hərbi düşərgəsinə gedərək burada qondarma "holokost" qurbanlarının ildönümü mərasiminə qatılıb.     

https://iqna.ir/fa/news/3874131

captcha