IQNA

 Hollandiyada "Şiə Hədis Tarixi" toplantısı keçiriləcək

14:56 - February 02, 2020
Xəbər sayı: 3486610
İslam Məlumat və Araşdırma Mərkəzinin bu barədə verdiyi məlumata əsasən, konfransda şiə hədis toplularının ilk yazılışı, formalaşması və istinad qaynağına çevirilməsi mərhələləri müzakirə ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin İyun ayında Hollandiyada "Şiə Hədis Toplularının Tarixşünaslığı" konfransı keçiriləcək.

Konfrans İyun ayının 24-dən 26-dək Hollandiyanın Leiden Universitetində təşkil ediləcək.

İslam Məlumat və Araşdırma Mərkəzinin bu barədə verdiyi məlumata əsasən, konfransda şiə hədis toplularının ilk yazılışı, formalaşması və istinad qaynağına çevirilməsi mərhələləri müzakirə ediləcək.

Konfransda iştirak edənlər şiə məzhəbinin müxtəlif şaxələrinə (imamiyyə, zeydiyyə, ələvi, nüseyri, isamiliyyə və s...) aid hədis toplularının xüsusiyyətlərini təhlil edəcək və digər məzhəblərin hədis topluları ilə rabitəsini araşdıracaqlar.

Bu konfrans Hollandiyanın Laiden İslam Mərkəzi, Laiden Universiteti və İsmailiyyə Məzhəbinin Araşdırılması İnstitutunun Şiəlik Araşdırması Fakültəsinin həmkarlığı ilə keçiriləcək.  

https://iqna.ir/fa/news/3875839

captcha