IQNA

 Orta Asiyanın ən böyük məscidinin açılış mərasimi keçiriləcək

23:17 - February 04, 2020
Xəbər sayı: 3486626
Orta Asiyanın 120 min nəfərlik ən böyük məscidinin açılış mərasimi cari ilin Mart ayında Qətər əmirinin iştirakı ilə Tacikistanın paytaxtı Duşənbə şəhərində keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Orta Asiyanın ən böyük məscidinin açılış mərasimi Tacikistanın paytaxtı Duşənbə şəhərində keçiriləcək.

Tacikistanın tikinti və memarlıq idarəsinin məlumatına əsasən bu məscidinin açılış mərasimi 2019-cu ilin Oktyabr ayında Qətərin əmirinin iştirakı ilə keçiriləcəkdi. Amma Qətərin əmiri Tacikistana 2020-ci ilin Mart ayında gələcəyini elan edərək məscidin açılışını təxirə salmışdı.

Bu məscid 2009-cu ildə tacikistanlı və qətərli memarlar və inşaat mütəxəssisləri tərəfindən başlanıb. Məscidin 75 metrlik 4 minarəsi var. Məscidin mərkəzində 47 diyametrlik böyük bir günbəz və yanında da 20 diyametrlik kiçik günbəz yerləşdirilib. Bu məsciddə 120 min insan namaz qıla biləcəklər.

Layihəsi 100 min dollara başa gələn məscidin idman zalı, kitabxana, toplantı salonu və qonaq otağı var.  

https://iqna.ir/fa/news/3876228/

captcha