IQNA

 Avropanın 2020-də İslam barədə ən yeni kitabı nəşr edildi

23:15 - February 09, 2020
Xəbər sayı: 3486653
Avropanın İslam dini və müsəlmanlar barədə 2020-ci ildə ən yeni kitabı İngiltərədə çap və nəşr edildi. Bu dəfə İslam dünyasının ən mühüm 15 şəhərindən söz açılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropanın İslam dini və müsəlmanlar barədə 2020-ci ildə ən yeni kitabı İngiltərədə çap və nəşr edildi. Bu dəfə İslam dünyasının ən mühüm 15 şəhərindən söz açılıb.

"İslam imperatorluqları" adlanan 525 səhifəlik bu kitabın müəllifi İngiltərəli yazar və tarixçi Justin Marozzidir. 1970-ci ildə anadan olmuş və təhsilini Kambricdə başa vurmuş müəllifin digər beş əsəri də vardır.  

Justin Marozzi kitabda İslam dünyasının on beş ən əhəmiyyətli şəhəri və xarizmatik rəhbərlərindən söz açmışdır.

Kitab artıq Almaniya bazarında da satışa çıxarılmışdır. Bu barədə İran İslam Respublikasının Berlindəki mədəniyyət mərkəzi məlumat yayıb.

Kitabda 7-ci əsrdə Ərəbistanda başlayan və indiyədək davam edən İslam hakimiyyətiləri, Orta Şərq, Afrika, Orta Asiya və Hindistanda gəlib keşmiş İslam imperatorluqları və bu ərazidə İslamın dini, mədəni, elmi və iqtisadi izləri barədə məlumat verilir.

Kitabda Əməvilər (Dəməşq), Abbasilər (Bağdad), Məriniyan (Bərbərlərin Mərakeşin Fas vilayətində hakimiyyəti), Osmanlı (İstambul), Səfəvi (İsfahan), Əyyubilər (Səlahuddin Əyyubi, Qahirə), Teymurilər (Səmərqənd) Baburilər (Zəhiruddin Məhəmməd Babur, Kabul), Quranilər (Hindistan) və Ali-Məktum (Dubay) hakimiyyətləri barədə danışılır.     

https://iqna.ir/fa/news/3877560

captcha