Gecə görmə kamerası ilə çəkilmiş videoda Amerikanın İraqdakı Eynul-Əsəd hərbi bazasında eniş edən helekopter müşahidə edilir.
İraqın NÜCƏBA İslami Müqavimət Hərəkatının hərbi media şöbəsi bundan öncə də həmin hərbi bazada hərəkətdə olan bir maşının görüntülərini yaymışdı.
NÜCƏBA İslami Müqavimət Hərəkatının baş katibi Cümə günü çıxışında Şəhid Süleymani və Şəhid Əbu Mehdi Mühəndisin intiqamını alacaqlarını və amerikalılara çox sərt cavab verəcəklərini bildirmişdi.