Deyerler.org informasiya portal; Farsnews-a istinadən xəbər verir ki, İsrail rejiminin parlamenti Knessetdəki Likud partiyası qrupunun sədr müavini Miki Zoher, Təl-Əvivin işğal altındakı Fələstində yaşayan müsəlmanların həcc ziyarətini yerinə yetirmələri üçün ər-Riyada birbaşa təyyarə səfərləri təşkil etmək istədiyini açıqlayıb.
Zoher bununla həcc ziyarətini yerinə yetirmək istəyənlərin İordaniya üzərindən yox, Təl-Əvivdən Ər-Riyada birbaşa uçuşlarla Səudiyyə rejiminə gedə biləcəyini qeyd edib.
Zoher bu məsələ ilə bağlı müəyyən irəliləyişlər əldə edildiyini və Netanyahunun müdaxiləsi ilə həll olunacağını təklif edib.