"əl-Qüds əl-Ərəbi" informasiya portalının bu barədə yaydığı məlumata görə, Fateh məscidi Almaniynın cənub-qərbində Baden-Vürtemberq vilayətində yerləşir.
Ötən gün (25 Fevral 2020) məscidin idarə heyətinin elektron poçtuna məscidə bomba qoyulması bağlı e-mail göndərilib.
Türkiyənin Dini İşlər Nazirliyinin tabeliyində olan "Almaniya Türk-İslam Birliyi"nin nəzdində olan Fateh məscidi bu təhdid məktubunun ardınca boşaldılıb.
Fateh məscidinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Məsciddə dəqiq araşdırmalar aparıldıqdan sonra heç bir bomba təhdidinin olmaması elan edilib. Almaniya polisi hadisə barədə istintaqı davam etdirir.