FransPress xəbər agentliyinin bu barədə verdiyi xəbərə görə, bu gün (15 Mart 2020) səhər Nigeriyanın Laqos şəhərini çox dəhşətli bir patlayış səsi sirkələyib. Partlayışın güclü təsiri ətrafda olan 50 binaya ciddi zərər vurub. Hadisə zamanı 15-dən çox insan ölüb və yaralanıb.
Laqos şəhərinin xəstəxanalarından verilən məlumata əsasən, bəzi yaralıların vəziyyəti çox ağırdır və ölənlərin sayının çoxalacağı ehtimal edilir.