Səudiyyə Ərəbistanın Sumaira şəhərinin qədim məscidlərindən biri olan "Cəlud məscidi" Məkkə-Kufə karvanlarının yolu üzərində tikildiyi üçün qədimdə çox əhəmiyyətli bir məkan olub.
Yaxınlıqda yerləşən qonşu qəsəbələrin əhalisi də Cümə namazını qılmağa bu məscidə gələrmişlər.
Bu məsciddə 1347-ci ildən indiyədək dəflərlə müxtəlif dərəcəli təmir işləri aparılıb.
Məscidin sahəsi 227 kvadratmetrdir. Burada 80 nəfər namazqılan eyni zamanda ibadətlə məşğul ola bilir.
Məscidin 5x14 kvadratmetrlik namazxanası, 4x11 kvadratmetrlik kiçik həyəti və 4x10 kvadratmetrlik daxili həyəti vardır.
Sonuncu təmirdən sonra məscidin sahəsi genişləndirilərək 250 kvadratmetr və namazqılan tutumu 129 nəfər olmuşdur. Məscid üçün yeni dəstəmazxana və tualet tikilmişdir.