IQNA

 Bəhreyndə Quran əlyazmaları sərgisi – Foto

23:47 - May 16, 2020
Xəbər sayı: 3487245
Tehran (IQNA) -  Bəhreynin Cəfəri İslam Fondu mübarək Ramazan ayı boyunca Quran mövzusunda hüsnxətt əlyazmalarının sərgisini təşkil edir.

"Menafn" saytının verdiyi xəbərə görə, Bəhreynin Cəfəri İslam Fondu bu ölkənin İslami Memarlıq Mərkəzinin ümumi əlaqələr və media şöbəsinin həmkarlığı ilə Quran mövzusunda ərsəyə gətirilmiş əlyazma hüsnxətt nümunələrini ehtiva edən sərgi təşkil edib.

Mübarək Ramazan ayı boyunca davam edəcək sərgidə Bəhreynin hüsnxətt ustadları Həsən Ali-Heydər və Səlman Əkbərin incəsənət əsərləri nümayiş olunur.

Bu hüsnxətt əsərləri əsasən Qurani-Kərimin peyğəmbərlərin və övliyaların dilindən deyilən dua məzmunlu ayələrini ehtiva edir.

Bəhreynin Cəfəri İslam Fondu yaxın günlərdə Kufi, Süls, Nəsx, Divani və Rüqə xətləri ilə yazılmış 30 civarında hüsnxətt nümunəsini də təqdim edəcək.

3898734

برپایی نمایشگاه دست نوشته‎های قرآنی در بحرین

Həsən Ali-Heydər

برپایی نمایشگاه دست نوشته‎های قرآنی در بحرین

Səlman Əkbər

برپایی نمایشگاه دست نوشته‎های قرآنی در بحرین

برپایی نمایشگاه دست نوشته‎های قرآنی در بحرین

برپایی نمایشگاه دست نوشته‎های قرآنی در بحرین

 

captcha